16 sentyabr tarixində Nərimanabad qəsəbəsində baş verən qəzada xəsarət alan sərnişin xəstəxanada dünyasını dəyişib. Bu haqda məlumatı Report.az verib.
Reanimasıya şöbəsində həkim nəzarətində olan yaralı, Liman şəhər sakini, 37 yaşlı Fariz Sadıqov vəfat edib.
Həmin qəza ilə bağlı Cenublu.az məlumat vermişdir. “VAZ 21099” markalı avtomobilin sürücüsü Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayev hadisə yerində ölüb. Fariz Sadıqov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış idi.