SON XƏBƏRLƏR

Lənkəranda baş vermiş qəza nəticəsində piyada dünyasını dəyişib. Bu haqda məlumat bu gün, 17 yanvar tarixində Report.az-da paylaşılıb.

Hadisə Göyşaban kəndində, “Kombinat yolu” deyilən ərazidə baş verib. Verilən məlumata əsasən, qəzanı törədən “VAZ-2107” markalı avtomobilin sürücüsü təcili tibbi yardım xidmətinə məlumat verib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanada göstərilən cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Kimliyi dəqiqləşməyən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər