SON XƏBƏRLƏR

Qızılağac Dövlət Təbiət Qoruğunda Pirman adlanan ərazisində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Oxu.az 21 sentyabr tarixində paylaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ərazidə beş ağır texnika yanğının geniş ərazilərə yayılmaması üçün işləyir. Həmçinin, zəif küləyin olmasıda yanğının söndürülməsində çətinlik yaradır.

Qeyd edək ki, 10 hektardan çox ərazini əhatə edən yanğını 2 gündür ki, söndürmək olmur.