SON XƏBƏRLƏR

Lənkəran şəhər 4 nömrəli məktəbin həyətində olan transformator yenisi ilə əvəz edilib. Bu barədə bu gün, 4 avqust tarixində Oxu.az yazıb.

“Lənkəran Elektrik şəbəkəsi məktəbin həyətində olan transformatoru dəyişdirərək yenisi ilə əvəz etdi. Çəpərlənmə yeniləndi, ətrafda olan alaq otlaq təmizləndi” – deyə xəbərdə qeyd olunur.

Həmçinin, rayon ərazisində yerləşən transformator məntəqələrində də yenidənqurma işləri görülür.

Qeyd edək ki, bir neçə gün öncə Lənkəranın bəzi məktəblərində olan transformatorların texniki normalara uyğun olmadığından təhlükəsizlik yaratdığına dair xəbərlər yayılmışdı.