SON XƏBƏRLƏR

Lənkəran rayonunda polis əməkdaşlarına səhv məlumat verən şəxs müəyyən edilib. Bu haqda məlumat bu gün, 26 yanvar tarixində APA.az-da paylaşılıb.

Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11.000 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı Sadiqin yalan məlumat verdiyi aşkarlanıb və evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.