SON XƏBƏRLƏR

Lənkəranda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Report.az paylaşım edib.

Şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb. Onun evində aparılan axtarış zamanı kultivasiya yolu ilə əkilmiş yaş halda 44 kq-dan artıq olan 170 ədəd çətənə kolları aşkarlanaraq götürülüb. Həmçinin evdən, Quliyevin gizlətdiyi 4 kq-dan çox olan qurudulmuş marixuana bağlaması götürülüb.

Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran şəhər sakinləri Rüstəm Rəhmənov və Elşən Rəhmənov qardaşlarının üzərindən 2 kq-dan çox heroin, 500 qrama yaxın “patı” və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Həmçinin, polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində daha 10 nəfər narkotacir – Taleh Əmrahov, Elvin Xəlilov, Emin Rzayev, Nəsib Mirverdiyev, Artur İbrahimov, Şöhrətdin Babayev, Polad Cavadov, Vüqar Əliyev, Etibar Əliyev və Mərdan Xuriyev salanılıblar. Onlardan bükmə halında olan “patı” və elektron tərəzilər aşkarlanaraq götürülüb.