Lənkəran şəhərində 1 saylı poçtun qarşısında tullantılar və kol-koslar yığılıb qalıb. Bu haqda məlumatı bu gün, 22 noyabr tarixində Cenublu.az-a sakinlər xəbər verir.
Şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən 1 saylı poçtun qarşısında tullantılar üçün ayırılmış qab yoxdur. “Raypo” ərazisində qutuların olmaması tullantıların və kol-kosların bu əraziyə atılmasına gətirib çıxarır.
Sakinlər bildirir ki, aidiyyatı üzrə müraciətlərə baxmayaraq tullantı qutaları əraziyə hələ də qoyulmayıb və tullantıları buraya atmaqda davam edirlər.