SON XƏBƏRLƏR

Lənkəran dəmir yol vağzalında piyada keçidi yararsız vəziyyətdədir. Bu haqda bu gün, 17 avqust tarixində şəhər sakini Cənublu.az-a müraciət edib.

Dəmir yolunun yerüstü piyada keçidi yararsız halda olduğundan, istifadəsi dayandırılıb. Sakinlərin sözlərinə görə uzun müddətdirki, keçid bağlanılıb. Əsaslı təmirə əhtiyacı var.

Həmçinin qeyd olunub ki, dəmir yolu reylslərinin bəziləri yararsız haldadır.

1941-ci ildə Bakı-Astara dəmir yolu xətti çəkilmişdir. Bu yol Lənkəran rayonunun ərazisindən keçir. Dəmir yol xətti İran sərhədinə qədər uzanır və Rusiya-İran iqtisadi əlaqələrində mühüm rol oynayır.