SON XƏBƏRLƏR

Lənkəranda peşə təmayüllü siniflərin qrup rəhbərləri bir araya gələrək iş planları hazırlayıblar. Bu haqda bu gün, 3 noyabr tarixində Peşə Təmayüllü Siniflərin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində Lənkərandan 10 təmayüllü sinifin rəhbərləri görüşüb. Rəhbərlərin iştirakı ilə “workshop” təşkil edilmişdir.

Görüş zamanı rəhbərlər monitorinq alətlərini sınaqdan keçirib. Vaxtlarını səmərəli və əyləncəli keçirmək üçün intellektual oyunlar oynayıblar.

Həmçinin bildirilir ki, onlar növbəti monitorinqlər üçün iş planı hazırlayıblar.