SON XƏBƏRLƏR

Lənkəran Peşə Liseyi tələbələrini təcrübə ilə maarifləndirməyə davam edir. Bu haqda bu gün, 11 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytında paylaşılıb.

Liseyin tələbələri bu səfər “LARAN” MMC qənnadı fabrikində dual təhsilə cəlb olunublar.

Təhsilalanlara istehsalat təlimi keçirilib və fabrik işçiləri öz təcrübələri haqda məlumatlar veriblər. Həmçinin qeyd olunur ki, ixtisas dərsləri də tələbələrə fabrik daxilində keçirilir.

16 avqust 2021-ci il tarixində fabrik və lisey arasında imzalanmış müqavilə əsasında, tələbələr 6 ay müddətində fabrikdə təhsil alacaqlar.