Lənkəran Peşə Liseyinin “qənnadçı-şirniyyatçı” ixtisasının tələbələri ilə “Laran” qənnadı fabrikində görüş keçirilib. Bu haqda məlumat bu gün, 21 sentyabr liseyin rəsmi facebook səhifəsində paylaşılıb.
Qeyd edək ki, “qənnadçı-şirniyyatçı” ixtisası Lənkəran Peşə Liseyində bu il yeni açılıb. Bu ixtisas üzrə istehsalat təlimləri və təcrübələri fabrikin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.