Lənkəran Peşə Liseyinin “Turizm sahəsində iaşə mütəxəssisi” ixtisas qruplarında təhsil alan tələbələr Lankaran Spring Wellness Resort və Xəzər Palace hotellərində, “Aşpaz” ixtisasında təhsil alanlar isə Carnaval hoteldə təcrübə qazanırlar. Bu haqda məlumatı bu gün, 25 noyabr Peşə təhsili üzrə Dövlət Agentliyi paylaşıb.
Qeyd edək ki, Lənkəran Peşə Liseyi turizm və turizmlə bağlı birgə kadr hazırlığını həyat keçirmək məqsədilə ötən il sözügedən iaşə obyektləri ilə müqavilə imzalayıb.