SON XƏBƏRLƏR

Lənkəran Peşə liseyi “Lankaran Wellness Spring” və “Carnaval” otelləri ilə əməkdaşlığa başlayıb. Bu haqda məlumatı Lənkəran Peşə liseyinin rəsmi Facebook səhifəsi verib.

Belə ki, liseyin 1-ci kurs “Turizm sahəsində iaşə mütəxəssisi” və “Aşpaz”, 2-ci kurs “Əl elektrik qaynaqçısı” ixtisası üzrə tələbələri bu otellərdə sosial yönümlü məhsullar hazırlamağa başlayıblar.

Qeyd edək ki, Lənkəran Peşə liseyi daha öncədə sosial yönümlü aksiyalar keçirdib.