SON XƏBƏRLƏR

Lənkəran Peşə Liseyinin kollektivi Astara şəhər 5 nömrəli tam orta məktəbində görüş keçirib. Bu haqda məlumatı Azertac verib.

Astara Rayon Təhsil Şöbəsinin müdirinin də iştirak etdiyi görüşə rayonun Vaqo kənd tam orta məktəbinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər qatılıb.

Tədbirin keçirilməsində məqsəd peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə peşə təhsili haqqında daha çox məlumat vermək, onları gələcəkdə seçdikləri ixtisaslarda texniki və yüksək peşə təhsili almağa həvəsləndirməkdir.

Tədbir iştirakçıları Astara şəhər 5 nömrəli tam orta məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərin təcrübə bazaları ilə tanış olublar.

Həmçinin peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər, onların müəllimləri və valideynləri üçün Lənkəran Peşə Liseyində “Açıq qapı günü” keçirilib.

Foto Azertac
Foto Azertac