Lənkəran Peşə liseyi şəhid ailələri üçün sosial aksiya keçirib. Bu haqda məlumat Peşə liseyinin rəsmi Facebook səhifəsində dərc olunub.
Belə ki, liseyin pedaqoji kollektivi və tələbələri şəhid ailələrinə verilən yeni yaşayış binasının qarşısında liseydə becərilən akasiya, dəmirağac tingləri və s. bitkilər əkiblər.
Həmçinin, şəhid övladlarının istirahəti üçün həyətyanı ərazidə müxtəlif yelləncəklər quraşdırılıb.