SON XƏBƏRLƏR

Lənkəran şəhəri Qala Xiyabani küçəsində yerləşən parka insanların istirahəti üçün oturacaqlar quraşdırılıb. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, oturacağın bu parkda olması vacib idi. “Məktəbdən çıxandan sonra nəvəmlə bura gəlib gəzirik. Oturacaq olmadığından tez yorulub evə gedirdim. Lakin bu gün bunu burada görünüb çox sevindim” – deyə şəhərin yaşlı sakini deyib.

“Bu parka nəinki oturacaq, həmçinin uşaq meydançası da lazimdır. Uşaqlı analar asudə vaxtlarını səmərəli keçirdə bilərlər”- deyə digər sakin söyləyib.

Qeyd edək ki, oturacaq Lənkəran Peşə liseyi tərəfindən quraşdırılıb.