SON XƏBƏRLƏR

Lənkəran polisi tərəfindən keçirilən əməliyyat-axtarışı zamanı “patı” alverçiləri saxlanılıb. Bu haqda bu gün, 1 oktyabr tarixində Report.az xəbər verib.

Axtarış zamanı narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran rayon sakinləri İmran Kərimov, Murad Əlizadə, Əmrah Rəhimov, Sarxan Qubadov, Rəfi Rəhimov, Elvar Cəfərov, Nail Cəfərov, Elxan Nəcəfov, Rasif Əliyev, Elçin Nəzərov və İlqar Rəhimov polis tərəfindən tutulub.

Onların üzərindən hazır bükmələrdə heroin, psixotrop maddələr və elektron tərəzi aşkarlanaraq götürülüb.

Həmçinin, əlavə axtarış nəticəsində məlum olub ki, saxlanılan şəxslərdən biri Əmrah Rəhimov Məqsəd Beyçayevlə birlikdə 3 ev və 3 mağazadan qızıl-zinət əşyaları, nağd pul, danışıq kartları və tütün məmulatları oğurlayıblar.

Nail Cəfərov və İlqar Rəhimovun isə ayrı-ayrılıqda müxtəlif ünvanlardan məişət avadanlıqları və təmir tikinti materialları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.