SON XƏBƏRLƏR

Lənkəranda başlamış yanğın lokallaşdırılaraq böyük olçüdə söndürülüb.

İlkin məlumata əsasən meşənin 10 hektara yaxın ərazisi yanıb.

İri gövdəli ağaclara ciddi ziyan dəyməyib. Ərazidə əsasən kol, xırda ölçülü bitkilər yanıb.

3 avqustda Lənkəranın Oskücə meşəliyində başlamış yanğını bu gün səhər saatlarına qədər dağlıq ərazi olduğuna görə söndürmək olmurdu. Sakinlər FHN-in əməkdaşlarına əsasən əl əməyindən istifadə edərək kömək edirdilər.