SON XƏBƏRLƏR

Lənkəran rayonunun Osaküçə kəndində fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində KOBİM-in rəsmi Facebook səhifəsi paylaşıb.

Belə ki, heyvandarlıqla məşğul olan fermerlər Valid Dövlətov, Amin Əhədov, Yədulla Həbibov, Ətri Əhədova, Rəfiqə Əliyeva, Nurulla Həbibov, Nəsib Həbibov Lənkəran KOBİM-ə müraciət edərək təsərrüfatlarında məsləhət xidmətinə ehtiyaclarının olmasını bildiriblər. Onlara KOBİM-in eksperti tərəfindən heyvanların qida vasitələrinin düzgün seçilməsi və düzgün tənzimlənməsi, saxlanma şəraitində mühüm tədbirlərin görülməsi, müvafiq xəstəliklərin qarşısının alınması üçün preparatların düzgün seçilməsi haqqında geniş məlumatlar verib.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.