SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman Kompleksində milli idman növlərinin inkişafı ilə bağlı regional seminar keçirilib. Bu haqda məlumat bu gün, 28 sentyabr Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Seminar Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Rəsmilərin çıxışlarından sonra Rusiyanın Kazan şəhərində 3-11 sentyabr tarixində keçirilmiş Kəmər güləşi üzrə gənclər arasında I MDB oyunlarında 60 kq çəki dərəcəsində III yeri tutmuş lənkəranlı idmançı Elvar Nəhmətzadə və onun məşqçi-müəllimi Alı Ağayev fəxri fərmanla təltif edilmişlər.

Daha sonra idman zalında məşq prosesinə baxış keçirilmiş və müvafiq tövsiyələr verilmişdir.