Lənkəranda oğurluq ilə məşğul olan qardaşlar saxlanılıb. Üzərlərində narkotik vasitə aşkarlanıb. Bu barədə 19 iyul məlum olub.
Xarxatan kəndində yerləşən yaşayış evindən 4890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Bu barədə DİN məlumat verib.
Saxlanılanların üzərində heroin narkotik vasitəsi aşkarlanıb. Oğurluq əşyaların bir qismi tapılaraq müsadirə edilib. Araşdırma zamanı müəyyən olub ki, əvvəllər məhkum olumuş Hüseynov qardaşları Lənkəran rayonunun sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 8 iyul tarixində Lənkəranda əvvəllər məhkum olmuş İsgəndərov saxlanılıb. Xanbulan kəndində ümumi dəyəri 1 300 manat olan üç ədəd su nasosunun, məişət avadanlıqlarının və onların ehtiyat hissələri oğurlanmışdır.