SON XƏBƏRLƏR

1300 manat dəyərində əşyalar oğurlanıb.
İyulun 8-də Lənkəranın Xanbulan kəndində evlərin birində oğurluq hadisəsi baş verib. Təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1300 manat olan 3 ədəd su nasosu, digər məişət avadanlıqları və onların ehtiyyat hisssələri oğurlanıb. Bu haqda DİN Mətbuat xidmətinə məlumat verib.
Boladi kənd sakini, əvvəllər məhkum olunmuş İsgəndərov şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, iyunun 7-də Lənkəranda yaşayış evi və sexdən oğurluq edilib. Şəhər sakininin yaşayış evindən ümumi dəyəri 7437 manat olan məişət əşyalarının oğurlanmasında şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov polislər tərəfindən saxlanılmışdır.