SON XƏBƏRLƏR

Lənkəranda Notarial xidmət şəhadətnaməsini almaq üçün açıq müsabiqəyə start veriləcək. Bu haqda məlumatı Cenublu.az AR Ədliyyə Nazirliyinə istinadən verir.

Lənkəran rayonunda sakinlərin istifadəsinə veriləcək “Asan” xidmət mərkəzində notariat xidmətinin istifadə hüququna malik olmaq üçün AR Ədliyyə Nazirliyi tərəfindən müsabiqə keçiriləcək.

Müsabiqə 2 mərhələdən ibarət olacaq. 1-ci mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanı keçiriləcək, 2-ci mərhələdə isə müsahibə baş tutacaq. Müsahibədən uğurla keçən şəxslər Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar. Təlimin yekununda, qiymətləndirmə əsasında notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə veriləcək.

Müraciət etmək üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi;
  3. Tərcümeyi-hal;
  4. Ali hüquq təhsili haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  5. Hərbi biletin və ya onu əvəz edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindən həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa, və ya azad edilmişdirsə, müvafiq təsdiqedici sənəd;
  6. Əmək fəaliyyəti ilə məşğul olduqda əmək kitabçasının təsdiq edilmiş surəti (notariat qaydasında və ya kadrlar xidməti tərəfindən);
  7. Xidməti xasiyyətnamə (işləyənlər üçün);
  8. Fiziki və əqli cəhətdən sağlam olması haqqında Nazirliyin tibb xidmətinin arayışı;
  9. 4×6 sm ölçüdə 2 ədəd və 3×4 sm ölçüdə 2 ədəd rəngli (ağ fonda) fotoşəkil.

İmtahanda iştirak etmək istəyənlər, qeyd olunan sənədləri 2022-ci ilin yanvar ayının 17-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə iş günlərində təqdim edə bilərlər.

İdarə Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanında yerləşir.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,