SON XƏBƏRLƏR

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabının təqdimatı keçirilib. Bu haqda məlumatı 13 sentyabr Azərtac paylaşıb.

Görkəmli ictimai xadim, pedaqoq və ədəbiyyatşünas, Lənkəranda anadan olmuş Məmməd Ələkbərovun hələ sovet dövründə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün yazdığı dissertasiyanı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə monoqrafiya halında nəşr etdirib.

Həmçinin tədbirdə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının “Nizami Gəncəvi əsərləri uşaqların gözü ilə” adlı rəsm əsərlərindən ibarət baxış-müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinə müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələr təqdim olunub.