SON XƏBƏRLƏR

“Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların fəsadları və profilaktik tədbirlər” mövzusunda təlim-seminar keçirilib. Bu haqda məlumatı Lənkəran Şəhər Gənclər və İdman İdarəsi verib.

Tədbir zamanı narkotik vasitələrinin yayılmasının səbəbləri müzakirə olunub. Həmçinin qeyd olunub ki, son zamanlarda “patı”, “şüşə” kimi süni narkotik vasitələr yayılmasının qarşısı almaq məqsədilə respublika səviyyəsində tədbirlər keçirilir. Bu tip maddələr insanı dəlilik həddinə çatdırır və 1-2 istifadədən sonra asılılıq yaradır.

Qeyd edək ki, tədbir Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.