SON XƏBƏRLƏR

Lənkəranda avtomobil sürücüsünün narkotik vasitələrin təsiri altında maşın idarə etməsi bəlli olub. Bu haqda Cenublu.az Report.az-a istinadən xəbər verir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində sürücünün qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi veriblər. Bakı şəhər sakini M.Məcidov saxlanıldıqdan sonra onun narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb.

Polis əməkdaşları tərəfindən müvafiq tibbi müayinədən keçirilən M.Məcidovun narkotik vasitə qəbul etdiyi müəyyən olub.

Onunla bağlı müvafiq qərar verilməsi üçün faktlar rayon məhkəməsinə göndərilib.