SON XƏBƏRLƏR

Lənkəran rayon polis şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Bu haqda məlumatı ARB Cenub verib.

Tədbirdə polis əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Narkomaniyanın fəsadları barədə şagirdlərə geniş məlumat verilib. Narkotik asıllığın necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. Həmçinin, ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxlər aşkar olunması istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri həmin şəxslərə qarşı hüquq mühafizə orqanlarının barışmaz mövqeyi dinləyicilərin diqqətinə çatdırılıb.