2 sentyabr günorta radələrində Lənkəranın Seyidəkəran kəndində yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyi xəbər verir.
Ümumi sahəsi 90 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 34 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ölən və yaralanan yoxdur.
Oxşar hadisə dünən 1 sentyabr Astaranın Vaqo kəndində baş vermişdir.