Lənkəranın Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yeni rəhbər təyin olunub.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmrinə əsasən, bu vəzifəyə Şakir Quliyev təyin edilib.
ETSN-nin mətbuat katibi İradə İbrahimova oxu.az saytına bu məlumatı təsdiqləyib.
O bildirib ki, bu təyinata qədər Ş.Quliyev 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində müfəttiş vəzifəsində çalışıb.