SON XƏBƏRLƏR

Lənkəranda telefon dirəklərinin qəzalı vəziyyətdə olması sakinləri narahat edir. Bu haqda məlumatı bu gün, 7 dekabr tarixində Cenublu.az xəbər verir.

Şəhərin S.Kazımbəyoğlu və İ.Səmətzadə küçələrində telefon dirəkləri əyilərək yoldan keçən avtomobil və piyadalar üçün təhlükə yaradır.

“Bu dirəklərin təmir olunmaması bizim üçün təhlükəlidir. Onların üzərindən keçən naqillər qırıla bilər. İçi tam çürükdür. Külək əsdikdə dirəklər oynayır. Əgər dirək aşsa, biz bu soyuqda işıqsız qalacağıq” deyə sakin söyləyib.