SON XƏBƏRLƏR

Lənkəran şəhər 28 may küçəsində “Təzə məhəllə” adlanan ərazidə işıq dirəyi aşma təhlükəsi ilə qarşılaşıb. Bu haqda məlumat bu gün, 29 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, aşmaqda olan dirəklə bağlı onlar aidiyyatı qurumlara müraciət ediblər. Onlara dirəyin yenisi ilə əvəzlənəcəyi söylənsədə, əvəzində yanına dayaq basdırıblar.

“Bu dirəkdən bizim işıq və telefon xəttlərimiz keçir. İçi tam çürükdür. Dayaq onu saxlaya bilməyəcək. Əgər dirək aşsa biz bu soyuqda işıqsız qalacağıq”- deyə sakin söyləyib.

Qeyd edək ki, Cenublu.az daha öncə Səttərxan küçəsindəki təhlükəli dirək haqda paylaşım etmişdir. Qısa bir zamanda problem öz həllini tapdı.