Lənkəran şəhər T. Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin şagirdləri quşlar üçün yuvalar hazırlayıblar. Bu haqda məlumat bu gün, 28 yanvar tarixində Lənkəran Peşə Təmayüllü Sinifləri rəsmi Facebook səhifəsində paylaşılıb.
Peşə təmayüllü siniflərin şagirləri soyuq qış aylarında çöldə qalan quşlar tələf olmasınlar deyə yuvalar düzəldiblər. Məktəblilər dərs saatında müxtəlif dizaynlarda hazırladıqları yuvaları ərazidə ağaclara birləşdiriblər.
