Lənkəran şəhərinin Nizami Gəncəvi küçəsində yanğın başlayıb. Bu haqda bu gün, 14 sentyabr tarixində Cenublu.az-a melumat daxil olub.
Lənkəran Şəhər Məhkəməsinin qarşısında olan transformator yanıb. Hadisə yerinə dərhal cəlb olunan FHN-nin əməkdaşları yanğını söndürüblər.
Sakinlərin sözlərinə görə, transformator təqribən 1 ay öncə yenilənmişdir.
Hal-hazırda ərazidə “Azərişıq” ASC əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır.