12 sentyabr Lənkəran rayonu Gəgiran, Cil, Sütəmurdov kəndlərində və Balıqçılar qəsəbəsində şəhid ailələri ilə görüşlər keçirilib. Bu haqda məlumat 13 sentyabr Cenublu.az-a daxil olub.
Gəgiran kəndində şəhidlərimiz Rasim Mirzəyev, Qalib Nurizadə, Baloğlan Əhədli, Cil kəndində Heydər Qənbərzadə və Araz Həbibov, Sütəmurdov kəndində şəhid Qüdrət Məmmədzadə və Balıqçılar qəsəbəsində şəhid Kamran Vəlizadənin ailələri ilə görüş zamanı, onlara Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Görüşdə Lənkəran rayonunun ziyalıları və məmurları iştirak edib.
Qeyd edək ki, bu cür tədbirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının layihəsi əsasında keçirilir.