SON XƏBƏRLƏR

Lənkəran rayonu Günəhir kəndində qaz problemi var. Bu haqda kənd sakinləri Real Tv-yə müraciət ediblər.

Kənd sakini Fəxrəddin Kişiyev öz video müraciətində bildirir ki, “Bizim yaşadığımız kənd dağlıq ərazidə yerləşir və Lənkəran şəhərindən 50-60 km uzaqlıqda yaşayırıq. Mənim 61 yaşım var və 61 ildi ki bizim dağlıq və ətraf kəndlərdə qaz yoxdur. Yaşadığımız ərazi Hirkan Milli parkının yanındadır. 4-5 gün sonra burada yağış yağacaq və biz quru odun tapa bilməyəcəyik”.

Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət edən Real Tv, Hirkan Milli parkına odun üçün getmək olmaz cavabını alıb.

Həmçinin Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki,  2023-cü ilə qədər bütün yaşayış məntəqələri və həmin kəndlər qazlaşdırılacaq.