SON XƏBƏRLƏR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Quliyev, E.Mirzəyev, Z.Fərəcov və T.Cabbarov saxlanılıblar. Bu haqda məlumatı bu gün, 18 yanvar tarixində Trend verib.

Belə ki, onlardan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə dörd ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Silahlar aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.