Lənkəran şəhərində parklardan biri yararsız haldadır. Bu haqda məlumatı bu gün, 24 noyabr tarixində Cenublu.az verir.
Belə ki, Əli Məmmədov küçəsi, 7-ci binanın önündəki parkda döşəmə yararsız haldadır. Həmçinin, sakinlərin sözlərinə görə, artıq illərdir ki, uşaqlar üçün qurulan yelləncəklər ləğv edilərək yenisi ilə əvəzlənməyib.
“Mən bu binanın köhnə sakinlərindən biriyəm. Park yeni qurulanda çox sevinmişdik. Uşaqlar, gənclər burada əylənirdilər. Biz yaşlılar yığışıb söhbətləşirdik. Lakin artıq bir neçə ildir ki, park tamamən çöküb. Tametlər yenilənmir, yelləncəkləri isə çıxardıblar. Yerində boş dəmirləri qalıb. Çox şad olardıq ki, müvafiq qurumlar bu məsələni həll etsinlər” – deyə məhəllənin yaşlı sakinin bildirib.
Qeyd edək ki, Cenublu.az daha öncə Sahil parkındakı yararsız və köhnəlmiş yelləncəklər haqda yazmışdır.
