Lənkəran rayonu Cil kəndinin sakinləri bir sıra çətinliklərlə rastlaşıblar. Bununla bağlı onlar bu gün, 2 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.
“Kəndimizdə asfalt yoxdur, bütün qışı palçıqlı yolnan gedib-gəlirik” – bir sakin deyib.
Digəri isə suyun olmamasından danışıb: “ Çayqırağı məhləsində 200-ə yaxın ev var, amma içməli suyumuz yoxdur. Suyu qonşu kənddən pul qarşılığında gətizdiririk”.
Qeyd edək ki, Cil kəndi mərkəzdən 16 kilometr şimal-qərbdə yerləşir. Şərqdən Liman şəhəri və Ürgə kəndi, qərbdən isə Xarxatan kəndi ilə həmsərhəddir. Kəndin 597 hektar ərazisi var.