SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda yerləşən “Riva Hill Resort”, “Hirkan Park” və “Xan Lənkəran” otellərində maarifləndirmə tədbirləri keçirib. Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyi paylaşıb.

Tədbir mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını almaq və bu sahədə fəaliyyət göstərən əməkdaşları maarifləndirmək məqsədilə keçirilib.

Həmçinin, ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.