SON XƏBƏRLƏR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda Lənkəran şəhərində yerləşən 2 saylı yanacaqdoldurma məntəqəsi özəlləşdirilib. Bu haqda məlumat qurumun rəsmi saytında paylaşılıb.

Lənkəran şəhəri Nəsimi küçəsi 23 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi 92.000 azn satılıb.

Qeyd edək ki, məntəqə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində idi.