SON XƏBƏRLƏR

Lənkəran şəhəri 2-ci mikrorayon ərazisində zibillər yığışdırılmır. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Cenublu.az verir.

Sakinlərin sözlərinə görə, pis qoxudan ərazidən keçmək olmur. Həmçinin, zibillərin çölə səpilməsi küçə itlərini buraya cəlb edir. Axşam saatlarında buradan keçmək qorxulu olur.

“Zibil maşını 2-3 gündən bir gəlir. Lakin ətrafda yaşayış binası çoxdur. Hamıda zibili bura atır” – sakinlərdən biri deyib.