Lənkəranın 100 hektardan çox qarışıq meyvə bağlarında qış qulluq və budama işləri aparılır. Bu haqda məlumatı AZTV verib.
Hazırda budama işləri 3 hektardan çox salınan Lənkəranın Nüvəsər kəndindəki bağların birində aparılır. Məqsəd quruyan xəstə budaqları kəsmək, orta budaqları üzə çıxarmaqla ağacın günəş şüasını yaxşı qəbul etməsinə şərait yaratmaqdır. Nəticədə məhsuldarlıq artır, meyvələr sağlam və iri olur.
Budama işləri ilə yanaşı ağacların dibinə gübrə verilir və dərmanlama işləri aparılır. Ağacların suvarılması damlama üsulu ilə həyata keçirilir.
Qeyd edək ki, Lənkəranda ümumilikdə 2 min hektara yaxın meyvə bağı var.