SON XƏBƏRLƏR

Lənkəranın Osakücə meşəsində başlayan yanğını söndürmək hələ də mümkün olmayıb. Bu haqda bu gün, 4 avqust tarixində məlum olub.

Cenublu.az-a verilən məlumata əsasən yanğın sahəsi genişlənir. Əraziyə FHN-nin aviasiya dəstəsinin 1 helikopteri cəlb olunub. Yanğın dağlıq ərazidə baş verdiyinə görə söndürmə prosesi çətin şəraitdə davam edir. Yanğınsöndürən maşınların əraziyə gəlməsi mümkün olmadığından, sakinlər əsasən əl əməyindən istifadə edərək kömək edirlər.

Lənkəran rayonunun Osakücə meşəliyinin ərazisində yanğın 3 avqust tarixində başlayıb.