SON XƏBƏRLƏR

18 oktyabr – Müstəqilliyimizin bərpasının 30 illiyi münasibəti ilə Lənkəranın bir sıra elm ocaqlarında tədbirlər keçirilib. Bu haqda müəssisələrin rəsmi Facebook səhifələrində paylaşım edilib.

Belə ki, Lənkəran rayonu A.Xəlilov adına Vel kənd tam orta məktəbində və Lənkəran şəhər Mədəniyyət mərkəzinin Şıxəkəran kənd folklor evində tədbirlər keçirilib. Tədbir zamanı Müstəqilliyin Bərpası Gününün tarixi və əhəmiyyəti haqqında məktəblilərə geniş məlumat verilib.