Lənkəranlı həkim-otorinolarinqoloq 55 yaşlı Şəlalə Əmənullayeva koronavirusdan dünyasını dəyişib. Bu haqda məlumatı Lənkəran Tibb kollecinin rəsmi facebook səhifəsi bu gün, 21 sentyabr tarixində paylaşıb.
Qeyd edək ki, Şəlalə Əmənullayeva Lənkəran Tibb Kollecinin direktoru İqbal Əmənullayevin həyat yoldaşı idi. O, Lənkəran Mərkəzi Xəstəxanasında çalışırdı.