SON XƏBƏRLƏR

Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsi verib.

Tədbir Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının önəmi qeyd edilib. Yeniyetmə və gənclərin məhz bu dəyərlərimiz əsasında tərbiyə edilməsinin, vətənpərvərlik ruhunda formalaşmasının vacibliyi vurğulanıb. Natiqlər, zərərli vərdişlər və radikal dini təsirlərin fəsadları barədə tədbir iştirakçılarına məlumat verərək onları bu baxımdan diqqətli olmağa səsləyiblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,