SON XƏBƏRLƏR

Azərbaycan Ombudsmanının Beynəlxalq İnsan hüquqlar günü münasibətilə keçirdiyi “Mən və hüquqlarım” adlı uşaq rəsm müsabiqəsində Lənkəran Uşaq Rəssamlıq Məktəbinin şagirdləri bir sıra mükafatlarla təltif olunublar. Bu haqda məlumatı bu gün, 22 yanvar tarixində ARB Cenub verib.

Bu münasibətlə Lənkəran şəhər Təhsil Şöbəsində tədbir təşkil olunub. Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda uşaqlara diplomlar təqdim olunub.

Qeyd edək ki, müsabiqə “Postmüharibə dövründə insan hüquqları” mövzusuna həsr olunub. Bakı və regionlardan ümumilikdə 236 iştirakçı tərəfindən 260-dan çox iş təqdim olunub. Rəsmlər uşaqların öz hüquqları haqqında məlumatlı olduqlarını, müharibə və postmüharibə dövründə onlara təsir etmiş səhnələri əks etdirib.

ARB CENUB
ARB CENUB