SON XƏBƏRLƏR

Lənkəranlı müəllim elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib. Bu haqda məlumatı bu gün, 13 oktyabr tarixində Report verib.

62 yaşlı Şiləvar kənd sakini Mirtağı Nəsirov həyətindəki ağacdan qoz dərərkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, M.Nəsirov adına Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi.

Faktla bağlı araşdırma aparılır.