Lənkəran rayonu Viravul 2 nömrəli, Boladi 1 nömrəli, Osaküçə kənd tam və Tütəpeştə ümumi orta məktəblərində “COVID-19” əleyhinə peyvənd olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Bu haqda məlumatı bu gün, 18 noyabr tarixində Lənkəran şəhər Təhsil şöbəsi verib.
Tədbirlərdə müəllim və texniki heyətin vaksinasiya prosesində iştirakının zəruriliyi bildirilib. Məktəblərdə çalışanlara sanitar-gigiyenik qaydalara əməl etmək, maska taxmaq və sosial məsafəni gözləməklə “COVID-19” xəstəliyindən qorunmaq tövsiyə olunub.
Həmçinin, müəllimlər ikinci dozadan 150 gün sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsi üçün maarifləndiriliblər.

