SON XƏBƏRLƏR

Lənkəran şəhərində yerləşən Xarici dillər təmayüllü məktəbdə bir sıra problemlər var. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Cenublu.az verir.

Belə ki, məktəbdə oxuyan şagirdlərin valideynləri bizə müraciət edərək bildiriblər ki, məktəbdə idman dərsinin keçirilməsi üçün zal yoxdur. “Yaz aylarında hava yaxşı olanda uşaqlarımız məktəbin həyətində dərslərini keçirlər. Lakin yağış yağdıqda bu mümkün olmur. Ərazi palçıq içində olur. Uşaqlarımızın idman zalının olmasın çox istərdik” – deyə valideynlərdən biri söyləyib.

“Məktəbin hasarı uçulub. Biz uşaqlarımızı məktəbə buraxarkən onların təhlükəsizliyindən əmin olmaq istəyirik. Lakin hasarın bu vəziyyətdə olması kənar şəxslərin məktəbə daxil ola bilməsi riskini çoxaldır. Ümüdvarıq ki, aidiyatı qurumlar məktəb ərazisinə əl qəzdirəcəklər” – digər valideyn söyləyib.